Zəngəzurun məhv edilən 18 məscidi (FOTOFAKT)

Zəngəzurun məhv edilən 18 məscidi (FOTOFAKT)

Çar Rusiyası dövründə Qafqaz diyarının yol xəritəsi əsasında Zəngəzurda olan müsəlman abidələrinin siyahısı hazırlanıb.

Zəngəzurdakı məscidlərin xəritəsini tarixçi Ramin Əlizadə hazırlayıb. 

Onun dediklərinə görə, xəritə 1903-cü ildə "Qafqazın yol xəritəsi”ndə qeyd olunan islam abidələri əsasında ərsəyə gəlib.

Ramin Əlizadə yazısında qeyd edib ki, "əlbəttə bu xəritədə Zəngəzurun bütün müsəlman abidələri qeydə alınmayıb. Buna görə də faktı digər məlumat və xəritələrlə də müqayisə etmək lazımdır. Məsələn, Qubadlının Məmər kəndində XVIII əsrdə inşa edilmiş məscid və digər abidələr bu xəritədə qeyd edilməyib. Yenə də çalışdıq ki, vizual olaraq bu abidələrin xəritəsini hazırlayaq”.

Zəngəzurun məscid xəritəsinin fotosunu təqdim edirik.//Bizim.Media 
 


X
XƏBƏRLƏR
BLOGLAR