Zəngilan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qəza dekabrın 2-də saat 12 radələrində qeydə alınıb.
İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi "Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Zəngilan RPŞ tərəfindən araşdırma aparılır.
Şərhlər