Siyasət 23:24 14.01.2020

Zərif Davosa getməkdən imtina etdi

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda (İsveçrə) keçiriləcək Ümumdünya İqtisadi Forumunda iştirakdan imtina edib.

"Report” xəbər verir ki, bu barədə forumun prezidenti Byorq Brendə istinadən "Associated Press” agentliyi bildirib.

"Bizim fikirimizcə, ləğv (səfərin ləğvi - red) regionda qeyri-sabit vəziyyət və İranda baş verən hadisələr fonunda olub", - Brend bildirib.

Agentlik qeyd edib ki, Zərifin imtinası forumda ABŞ və İran nümayəndələrinin görüşü imkanını istisna edir.

Qeyd edək ki, Davos forumu yanvarın 21-dən 24-dək keçiriləcək.

Yanvarın 7-də ABŞ məmuruna istinadən "Reuters” agentliyi bildirib ki, ABŞ Zərifə viza verməkdən imtina edib. O, BMT nizamnaməsinə riayət olunması məsələsi ilə bağlı Təhlükəsizlik Şurasının daha əvvəl planlaşdırılmış müzakirələrində iştirak etməli idi.