Xəbər lenti

Dünya 19:25 14.12.2025

"Zumerlər" tarixin ən problemli nəslinə çevrilir - "Independent"

Z nəsli, yəni "zumerlər” (təxminən 1997–2012-ci illərdə doğulanlar) müasir tarixdə ümumi sağlamlıq göstəriciləri baxımından ən "geridə qalmış nəsil”ə çevrilmək riski ilə üz-üzədir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Independent” nəşri araşdırma məlumatlarına istinadla yazır.

"Zumerlər" əvvəlki nəsillərlə müqayisədə alkoqola, narkotiklərə və siqaretə daha az maraq göstərsələr də, onlar üçün digər problemlər daha səciyyəvidir. İlk növbədə, artıq çəki və psixi pozuntuların daha geniş yayılmasından söhbət gedir.

Böyük Britaniyanın "The King's Fund” təşkilatının məlumatına görə, 16–24 yaşlı gənclər arasında piylənmə hallarında "sabit artım” müşahidə olunur: 2002-ci ildə bu göstərici 31% olduğu halda, 2022-ci ildə 37%-ə çatıb.

Bundan əlavə, 17–19 yaşlılar arasında psixi pozuntuların payı da artıb: 2017-ci ildə 10% olan göstərici 2023-cü ildə 23%-ə yüksəlib. Həmçinin 2011–2021-ci illər ərzində 15–24 yaş aralığında əlilliyi olan şəxslərin payının iki dəfədən çox artdığı qeydə alınıb.

Mütəxəssislərin fikrincə, gənc nəsil son dövrlərin ən kasıb təbəqəsidir. 16–24 yaşlı gənclərin 1/4-i yoxsulluq şəraitində yaşayır ki, bu da sağlamlığa əlavə mənfi təsir göstərən amildir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->