Xəbər lenti

Özünü şübhəli aparan şəxsi polis saxladı: cinayətlərin üstü açıldı (VİDEO)
Video 23:13 28.01.2018

Özünü şübhəli aparan şəxsi polis saxladı: cinayətlərin üstü açıldı (VİDEO)

Abşeronda polis narkotik maddə ilə saxladığı şəxsin başqa cinayətlərinin də üstünü açıb. Məlum olub ki, həmin şəxs 20-dən çox avtomobildən də oğurluq edib.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, özünü şübhəli aparan şəxs polis tərəfindən saxlanılıb.

Abşeron rayon polis idarəsinin əməkdaşları Hökməli qəsəbəsində əməliyyat keçiriblər. Əvvəllər iki dəfə məhkum olunmuş Əmrulla İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən ondan şəxsi istehlak miqdarından artıq narkotik maddə olan heroin aşkar edilib.

İdarəyə gətirilən şəxsin ətrafında aparılan araşdırmalar zamanı onun oğurluq cinayətlərinin də üstü açılıb.

Saxlanılan Əmrulla İsmayılov dindirilərkən törətdiyi cinayətləri etiraf edib. Avtomobil təmiri ilə məşğul olduğunu deyən Əmrulla akkumuliyatorları açmaqda çətinlik çəkmədiyini deyir.

Faktla bağlı Abşeron Rayon polis idarəsində cinayət işi başlanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->