İstifadəçi razılaşması

Bu Razılaşma "QAYNARİNFO" saytının İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir.

1. ƏSAS ANLAYIŞ VƏ TERMİNLƏR

• Sayt – İnternet şəbəkəsində http://qaynarinfo.az ünvanında yerləşdirilmiş İnternet-resursu (sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır.

• Administrasiya – Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və onun qanunvericiliyinə uyğun olaraq hərəkət edən, “HOT MEDİA” Məhdud Məsuliyyətli Cəmiyyəti, Servisin inzibatçılığını həyata keçirir və ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.

• İstifadəçi – razılaşma şərtlərini qəbul etmiş və Servis xidmətlərindən istifadə edən istənilən fiziki və ya hüquqi şəxsdir.

• Şəxsi kabinet – bu, İstifadəçi mühitinin onun tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar və qurmalar məcmusudur. Hər bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

• İstifadəçinin şəxsi informasiyası – İstifadəçi haqqında məlumatlar və ya məlumatlar məcmusudur. Bu məlumatlara İstifadəçinin özü haqqında və ya qeyd etdiyi şəxsi məlumatları, Servisdən istifadə prosesində Administrasiyaya avtomatik olaraq ötürülən məlumatlar, o cümlədən IP-ünvan, “cookie” məlumatları, İstifadəçinin brauzeri haqqında və İstifadəçi haqqında digər məlumatlar aiddir. Bu məlumatlar İstifadəçi tərəfindən qeydiyyat zamanı və Servisdən istifadə prosesində avtomatik olaraq Administrasiyaya təqdim edilir.

• İnformasiya – Servisdə İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumat və ya məlumatlar məcmusudur.

• Spam – Kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.

• Tərəflər – Administrasiya və İstifadəçidir.
 
2. ÜMUMİ MÜDDƏALAR

• Bu Razılaşmada istifadə olunan və "Əsas anlayış və terminlər" maddəsində əksini tapmayan istənilən terminlər və anlayışlar, bu Razılaşmanın mətninə uyğun olaraq izah ediləcəkdir. Bu Razılaşmada istifadə edilən anlayış və terminin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında, Administrasiya tərəfindən müəyyən edilmiş izah etmə tətbiq ediləcəkdir.

• Servis xidmətlərindən və sayt materiallarından istifadə edilməsi qüvvədə olan qanunvericiliyin normaları, həmçinin də hazırkı Razılaşma ilə tənzimlənir.

• Bu Razılaşma ictimai ofertadır.

• Bu Razılaşmanı qəbul etməklə İstifadəçi Servis xidmətlərindən istifadə üzrə təlimatlarına riayət etmək şərtlərini və öhdəliklərini qəbul edir.

• Administrasiya istənilən vaxt birtərəfli qaydada hazırkı Razılaşmanın şərtlərini dəyişdirmək hüququna malikdir.

• İstifadəçinin hazırkı Razılaşmanın şərtləri ilə və ya ona daxil edilmiş dəyişikliklərlə razılaşmadığı halda o Servisə girişdən imtina etməli, Servisin xidmətlərindən istifadə etməsini dayandırmalıdır.

• Bu Razılaşmada nəzərdə tutulmayan xidmətlərin göstərilməsi xüsusi qaydalarla və/və ya razılaşmalarla tənzimlənə bilər.

• İstifadəçi qəbul edir ki, Servisin bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. Administrasiya yerləşdirilən hər hansı reklam və onun məzmunu ilə əlaqədar məsuliyyət daşımır.

• “Qaynarinfo.az” Saytında qeydiyyat könüllü xarakter daşıyır və müvəffəqiyyətlə tamamlanmış qeydiyyat zamanı İstifadəçi əlavə xidmətlərə daxil olur. Administrasiya İstifadəçidən onun qeydiyyat vaxtı göstərdiyi məlumatların təsdiqlənməsini və təsdiqləyici sənədləri istənilən vaxt tələb etmək hüququna malikdir.

• İstifadəçi öz şifrəsini gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz mobil nömrəsindən, elektron ünvanından, şəxsi kabinetindən və şifrəsindən istifadə ilə əlaqədar yaranmış bütün hallara görə məsuliyyət daşıyır. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında əsaslı şübhələr varsa, İstifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür və şifrənin dəyişilməməsi nəticəsində yaranmış və ya yarana biləcək hər hansı hala görə özü məsuliyyət daşıyır.

• Administrasiya İstifadəçi tərəfindən qeydiyyat zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

• Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququna malikdir.

• İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması və digər hallarda, Administrasiya İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir.

• Servisdən istifadəsi məhdudlaşdırılmış və ya dayandırılmış İstifadəçinin Servis və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi qadağandır.
 
3. SAYTDAN İSTİFADƏ

• Administrasiya qeydiyyatdan müvəffəqiyyətlə keçmiş İstifadəçilərə saytdan istifadə hüququnu verir.

• İstifadəçi tərəfindən beynəlxalq hüququn və qüvvədə olan qanunvericiliyin normalarının pozulmasına səbəb olacaq hərəkətlərin həyata keçirilməsi qadağandır.

• Administrasiya Servisin vasitəsi ilə İstifadəçilər tərəfindən digər tərəflərlə bağlanan saziş və ya razılaşmaların iştirakçısı və/və ya vasitəçisi deyildir. Administrasiya belə sazişlərə və ya razılaşmalara nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

• İstifadəçinin saytdakı şərhləri və ya qeydləri qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir (bax: Əlavə 2, "Şərh yazmaq qaydaları").

• İstifadəçinin əlavə öhdəlikləri:

• Saytın infrastrukturunu böyük yüklənməyə gətirib çıxara bilən heç bir hərəkətə təşəbbüs etməmək;

• Administrasiyanın yazılı icazəsi olmadan Saytda olan istənilən informasiyanı köçürməmək, təkrar etməmək, dəyişdirməmək, yaymamaq və ictimaiyyətə təqdim etməmək;

• Sayta girişə mane olmamaq və ya məhdudlaşdırmamaq, həmçinin avtomatik sistemlərin və ya proseslərin hərəkətinə mane olmamaq;

• üçüncü şəxslərin intellektual hüquqlarını pozmamaq.

• Administrasiya hazırkı Razılaşmanın qaydalarını, başqa İstifadəçilərin hüquqlarını və ya qüvvədə olan qanunvericiliyi pozan istənilən şəxsi hesabı silmək və ya müvəqqəti bloklamaq hüququna malikdir.
 
4. ÖDƏNİŞLİ XİDMƏTLƏR

• İstifadəçilər Saytda ödənişli xidmətləri sifariş edə bilərlər.

• Ödənişli xidmətlərin növləri, onların dəyəri və sifariş qaydası Saytın müvafiq səhifələrində göstərilmişdir.

• Ödənişli xidmətlər üzrə həyata keçirilmiş ödəniş üzrə İstifadəçi vəsaitlərin qaytarılması ilə bağlı Administrasiyaya müraciət etmək hüququna malikdir. Ödənişin geri qaytarılması ilə bağlı yekun qərar Administrasiya tərəfindən qəbul edilir. Administrasiya geri ödəniləcək vəsaitdən 20 % xidmət haqqı, ödənilmiş vergi və ya dövlət rüsumlarını tutmaq hüququna malikdir.

• Administrasiya aşağıdakı hallarda ödənilmiş vəsaitin geri qaytarılmasından imtina edə bilər:

• İstifadəçi hazırkı Razılaşmanın şərtlərini pozub;

• Xidmət aktivləşdirilib və istifadə edilib;

• Ödəniş edildikdən sonra 10 iş günü keçib;

• Digər hallarda Administrasiyanın qərarı üzrə.

• Pul vəsaitlərin qaytarılma qaydası Administrasiya və İstifadəçi arasında hər konkret hal üçün müəyyən edilir.

• Ödəmə sistemlərində baş verən hər hansı nasazlıqlara görə Administrasiya məsuliyyət daşımır. Pul vasitələrinin bu halda qaytarılması haqqında məsələ fərdi qaydada həll edilir.
 
5. TƏRƏFLƏR ARASINDAKI ƏLAQƏ

• Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.

• Əlavə olaraq İstifadəçi razılaşır ki, belə məktublarla və mesajlarla, lakin, məhdudlaşdırılmadan: başqa İstifadəçilərdən sazişin bağlanması üzrə təkliflər, təkliflər və başqa informasiya və/və ya reklam xarakterli mesajlar və başqa mesajlar ola bilər. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə mesajlar və/və ya onların ayrı hissələri reklam xarakterinə malik ola bilər, həmçinin də özündə reklam, informasiya və başqa elanları saxlaya bilər.

• Saytda dərc edilmiş və Sayt/Administrasiya tərəfindən göndərilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.

• Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.

• Administrasiya başqa İstifadəçilər və/və ya robotlar tərəfindən Saytda İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

• İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.

• İstifadəçinin Administrasiya və ya Saytın moderatorları ilə yazışması ünvanı Saytda göstərilən elektron poçt qutusunun və ya Şəxsi hesabındakı "Məktublar" bölməsinin köməyi ilə həyata keçirilir.

• İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
 
6. PROQRAM TƏMİNATI
 
• Administrasiya saytın yerləşdirildiyi domen adının, saytın özünün, mobil əlavələrin, həmçinin bütün Sayt və Sayta aid proqram təminatının xüsusi sahibkarıdır.

• Administrasiyanın (o cümlədən proqram təminatının) intellektual mülkiyyəti obyektlərinin surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də Administrasiyanın yazılı icazəsi olmadan proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.
 
7. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI

• Saytda İstifadəçi tərəfindən göstərilmiş Bütün informasiya (o cümlədən şəxsi məlumatlar), Saytın İstifadəçiyə daha yaxşı xidmət göstərməsi üçün yerləşdirilir.

• İstifadəçi özü haqqında bu və ya digər informasiyanı ancaq öz maraqlarında, o cümlədən İstifadəçi ilə əlaqənin qurulmasının sadələşdirilməsi və/və ya İstifadəçinin eyniləşdirməsi üçün yerləşdirir.

• İstifadəçinin şəxsi məlumatları Sayt tərəfindən  hər hansı üçüncü tərəfə ötürülmür;

• Saytda hansısa üçüncü tərəfin reklam xidmətindən istifadə edərkən İstifadəçi anlayır və onunla razılaşır ki, bəzi məlumatlarının üçüncü tərəfə ötürülməsinə özü icazə verir.

• İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və bu Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Saytda və Saytın xidmətlərindən istifadə zamanı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.

• İstifadəçi başqa İstifadəçi tərəfindən hüquqlarının pozulduğu halda (intellektual mülkiyyət obyektinin qanunsuz istifadəsi və sair), hüquqları pozulmuş İstifadəçi müvafiq şikayət ilə Administrasiyaya müraciət edə bilər. Administrasiya şikayətə baxmağı və, onun əsaslı olduğu halda, İstifadəçinin hüquqlarının pozulmasının dayandırılması tədbirlərini görməyi öhdəsinə götürür.
 
8. RAZILAŞMANIN MÜDDƏTİ

• Bu Razılaşma İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinin başlandığı andan qüvvəyə minir, Saytda İstifadəçinin qeydiyyatı faktından asılı olmayaraq müddətsiz olaraq qüvvədədir.

• İstifadəçi istənilən vaxt Saytın xidmətlərindən özünün istifadə hüququnu dayandırmaq hüququna malikdir.

• Servis şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Servisə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
 
9. DİGƏR ŞƏRTLƏR

• Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Servis xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.

• Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

• Servis birtərəfli qaydada və İstifadəçilərə bildirmədən hazırkı Razılaşmanı dəyişdirmək hüququna malikdir. Razılaşmanın yeni redaksiyası Servisdə dərc edilməsi tarixindən qüvvəyə minir.

• Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

• Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.

• Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər fərdi qaydada tənzimlənir.

• Əlavə 1 və Əlavə 2 bu Müqavilənin ayrılmaz tərkib hissəsidir.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.
  
ƏLAVƏ 1 

MƏXFİLİK SİYASƏTİ

1. Bu Siyasət http://qaynarinfo.azs aytının İstifadəçi Razılaşmasının ayrılmaz tərkib hissəsidir.

2. Bu Siyasət İstifadəçinin şəxsi məlumatlarının alınması, saxlanılması, işlənməsi, istifadəsi, açılması və müdafiəsi qaydalarını müəyyən edir.

3. İstifadəçilərin şəxsi məlumat bazası Administrasiyaya açıq şəkildə saytın bazasında yerləşir.

4. Şəxsi məlumatlar bazasının sərəncamçısı Administrasiyadır.

5. Saytda İstifadəçinin qeydiyyatı zamanı, və ya göndərmələrə abunə olma zaman, həmçinin saytdan istifadənin başqa hallarında, İstifadəçi Administrasiyaya şəxsi və digər məlumatları verir. Məlumatın toplanması saytın İstifadəçiləri arasında sorğularının keçirilməsi yolu ilə də həyata keçirilə bilər.

6. İstifadəçi sayta özü haqqında şəxsi məlumatların və istənilən başqa məlumatın verilməsi barədə sərbəst və könüllü qərar qəbul edir, həmçinin bu məlumatların Administrasiya tərəfindən işlənilməsinə öz razılığını bildirir.

7. Şəxsi məlumatların işlənilməsi istənilən hərəkət və ya hərəkətlərin toplanma, qeydiyyat, yığım, saxlama, uyğunlaşma, dəyişiklik, yeniləmə, istifadə və yayılma kimi məcmusudur (yayılma, reallaşdırma, ötürülmə).

8. Şəxsi məlumatların işlənməsinin məqsədləri aşağıdakılardır:

• saytın və onun xidmətlərinin, fəaliyyətinin yaxşılaşması üçün statistik və analitik məlumatların alınması;

• göstərilən xidmətlərin spektrinin genişləndirilməsi;

• saytın və ya üçüncü şəxslərin informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında xəbərdarlıq);

• istifadəçilərin və ya üçüncü şəxslərin qanunsuz və ya icazəsiz hərəkətlərinin xəbərdarlığı və qabağının alınması;

• qüvvədə olan qanunvericiliyin tələblərinə riayətin təminatı.

9. Sayt İstifadəçilər haqqında aşağıdakı məlumatları toplayır:

• Saytdan istifadə zamanı Administrasiyaya İstifadəçi tərəfindən daxil edilən şəxsi məlumatlar İstifadəçinin adı, ata adı və soyadı, yaşı, cinsi, elektron poçt ünvanı və şifrəsi, telefon nömrəsi, İstifadəçinin yerləşdiyi yer, ünvanı, maraq dairəsi, brauzeri, İP ünvanı, işlətdiyi cihazlar və internet bağlantısı ola bilər. 

• Saytın, ona giriş zamanı, proqram təminatı tərəfindən avtomatik toplanan texniki informasiya.

10. Sayt/Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.

11. Saytın İstifadəçisi başqa İstifadəçi tərəfindən verilmiş məlumatlardan, belə İstifadəçinin yazılı icazəsi olmadan və ya belə məlumatlardan hər hansı başqa yolla istifadə etmək hüququnun təsdiqi olmadan istifadə etməməyi öhdəsinə götürür. 

12. İstifadəçi saytdan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.

13. İstifadəçi onun göstərdiyi istənilən informasiyanın və məlumatların dəqiqliyi və düzgünlüyü üçün məsuliyyət daşıyır.

14. Sayt/administrasiya İstifadəçinin şəxsi məlumatlarının üçüncü şəxslərin icazəsiz girişindən müdafiəsi üçün bütün səmərəli ölçüləri qəbul edir.

15. Sayt vasitəsilə toplanmış və işlənmiş bütün şəxsi məlumatlar bir və ya bir neçə qorunan korporativ şəbəkədən kənarda giriş olmayan serverdə saxlanılır.
 
COOKİES, VEB-MAYAKLAR, VƏ OXŞAR TEXNOLOGİYALAR
 
1. Sayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar saytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, sayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.

2. Sayt tərəfindən İstifadəçidən alınan istənilən informasiya, həmçinin cookies fayllarının İstifadəçinin brauzerində yerləşdirilməsi avtomatik olaraq həyata keçirilir. İstifadəçi saytın cookies fayllarının onun brauzerində saxlanılmasına öz icazəsini verir.

3. Sayt cookies-dən və oxşar texnologiyalardan, İstifadəçinin brauzerinin fəallığı prosesində İstifadəçinin qurğusunda qalan və cookies, həmçinin də daha uzun müddətli dövr ərzində İstifadəçinin qurğusunda qalan başqa oxşar texnologiyalardan istifadə edir. İstifadəçinin belə cookies və oxşar texnologiyaları bloklamağa, silməyə və ya dayandırmağa hüququ var.

4. Cookies – kompüter terminologiyasında saytdan alınmış mətn və ya ikili məlumatlar şəklində informasiyanın təsviri üçün istifadə edilən elə anlayışdır ki, İstifadəçinin brauzerində saxlanılır və İstifadəçi sayta təkrar olaraq daxil olursa sayta yönləndirilir. Sayt baş çəkmə vaxtı İstifadəçinin brauzerini qeyd edir. Cookies faylları sistemə giriş və statistika yığımı üçün lazımı məlumatları yazaraq saytdan istifadəni yüngülləşdirir. Cookies faylları özündə şəxsi məlumatları saxlamır.

5. Veb-mayaklar – Saytda, həmçinin onun xidmətlərində, əlavələrdə, mübadilə xəbərlərində, və İstifadəçini müəyyən etmək üçün adətən cookies ilə uyğunluqda işləyən alətlərdə qoşula bilən kiçik qrafik təsvirlərdir (həmçinin "nöqtə markörləri" və ya "Şəbəkə mayakları" kimi məlumdur).

6. Oxşar texnologiyalar – lokal ümumi obyektləri və ya lokal anbarı və proqram veb-əlavələrinin başqa metodları istifadə edən, brauzerdə və ya qurğuda informasiyanı saxlayan, "flashcookies" "HTML 5 cookies" kimi, texnologiyalardır. Bu texnologiyalar İstifadəçinin bütün brauzerlərində işləyə bilər, bəzi hallarda isə tamamilə brauzerlə idarə oluna bilmirlər və İstifadəçi tərəfindən təyin edilmiş əlavələr və ya qurğular vasitəsilə bilavasitə idarəetməni tələb edə bilərlər.

7. Cookies-ə və oxşar texnologiyalara icazə olunmamış girişin qarşısını almaq üçün Administrasiya bütün təhlükəsizlik tədbirlərini görür. İstifadəçi analoji təhlükəsizlik tədbirlərini görməyi öhdəsinə götürür. Administrasiya zəmanət verir ki, yalnız səlahiyyətli təchizatçılar cookies məlumatlarına girişə malikdirlər.

8. Səlahiyyətli təchizatçılar saytın fəaliyyəti ilə əlaqədar xidmət göstərən fiziki və ya hüquqi şəxslərdir. Administrasiya saytın uyğun olan xidmətlərinin İstifadəçiyə verilməsi, həmçinin də saytın bilavasitə fəaliyyəti ilə bağlı başqa məqsədlər üçün bəzi səlahiyyətli təchizatçıların xidmətlərindən istifadə edir. Səlahiyyətli təchizatçılar saytın xidmətləri vasitəsilə cookies-i İstifadəçinin qurğusunda yerləşdirə bilərlər. Onlar həmçinin başqa informasiyanı, məsələn, IP-ünvan və ya başqa eyniləşdiriciləri, toplaya bilərlər.

9. İstifadəçi brauzerin və ya qurğunun parametrlərində cookies-i idarə etmək hüququna malikdir.

10. Sistemdə olan texniki xarakterli informasiya, məsələn, ip-ünvanlar, sayt tərəfindən şəbəkə avadanlığının xidməti üçün, həmçinin statistik və başqa informasiyanın ümumiləşdirilməsi üçün istifadə oluna bilər.

11. İstifadəçinin fərdi ehtiyaclarına və maraqlarına uyğun olaraq təqdim edilən xidmətlərin keyfiyyətli təminatı məqsədi ilə sayt İstifadəçinin sistemə son girişinin məlumatlarını saxlayır.
 
MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN DAXİL EDİLMƏSİ
 
1. Administrasiya Məxfilik Siyasətinə birtərəfli qaydada dəyişikliklər edə bilər.

2. İstifadəçi Administrasiya tərəfindən daxil edilmiş dəyişikliklərlə razı olmadığı halda saytdan istifadəni dayandırmalıdır. İstifadəçi saytdan istifadəni davam etdirdiyi təqdirdə, bütün dəyişiklikləri və Məxfilik siyasətinin yeni redaksiyasını bütövlükdə qəbul edir.


ƏLAVƏ 2

ŞƏRH YAZMAQ QAYDALARI

Hər bir aktiv azərbaycanlının saytımızdakı materiallara şərh yazaraq müzakirə etməsini çox arzulayırıq. Amma həm də bu müzakirələrin təyinatı üzrə və normalar çərçivəsində getməsində israrlıyıq!

Ona görə də lütfən, diqqətli olun! Sizə inanırıq və ümid edirik ki, aşağıdakı ümumi qaydalara əməl edəcəksiniz:

• Yalnız azərbaycan dilində və mümkün qədər səliqəli yazın!

• Təhqir, böhtan, qeyri-mədəni leksikon yolverilməzdir;

• Mövzudan kənara çıxmayın! Materialın orijinal məzmununa yönlməyən şərhlər bloklanacaqdır!

• Şəxsi məlumatları paylaşmayın!

• Qeyri-qanuni faliyyətləri təbliğ etməyin!

• Təsdiqlənməmiş məlumatlar yaymayın!

• Reklam və ya gilzi reklam etməyin! 

• Kənar linklər (movzuya birbaşa aidiyyatı olan linklər istisnadır) paylaşmayın!

• UNUTMAYIN! Şərhrləriniz onsuz da təsdiq prosesindən keçəcək!


Təsdiqlənmiş şərhlərlə sonra nə baş verir?

• Şərhləriniz təsdiqdən əvvəl korrektə edilə bilər; böyük korrektə tələb edən şərhlər silinəcəkdir.

• Təsdiqlənəcək şərhlər ən geci 48 saat ərzində sayta buraxılacaq.

• Şərhləriniz təsdiqləndikdən sonra digər istifadəçilər tərəfindən görülə və reaksiya ala biləcək.

• Şərhlərinizi və ona reaksiyaları həm də Şəxsi kabinetinizdəki "Şərhlərim" bölümündən izləyə bilərsiniz.

• Şərhlərinizlə bağlı bütün baş verənlərlə bağlı bildirişlər vasitəsi ilə məlumatlandırılacaqsınız. Bildirişlər Şəxsi kabinetinizə gələcək.

Sayta buraxılmayan şərhlərlə nə baş verir?

• Təsdiqlənməyən şərhlər adətən silinir;

• Qaydaları mütəmadi pozan istifadəçilər ya hansısa müddətə, ya da həmişəlik bloklana bilər;

• Silinmiş şərhlər və bunun səbəbləri barədə istisna hallarda Adminstrasiya istifadəçiyə direkt məktub göndərə bilər.

Məqsədimiz hər birimiz üçün faydalı və tolerant müzakirə mühiti yaratmaqdır!