Xəbər lenti

Bayden ilk dəfə Rusiyanın kosmosa çıxaracağı nüvə silahını Konqresə
Dünya 17:52 03.05.2024

Bayden ilk dəfə Rusiyanın kosmosa çıxaracağı nüvə silahını Konqresə "daşıdı" - Media

Bayden administrasiyası və Pentaqon Rusiyanın kosmosda nüvə qurğusunu partlatması və bununla da digər ölkələrin mülki peyklərinin əksəriyyətini məhv etməsi ehtimalından narahatdır.

Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Alt Komitəsinin dinləmələrində müdafiə nazirinin kosmik siyasət üzrə köməkçisi Con Plamb bildirib.
 
"NBC News"un vurğuladığı kimi, Plamba görə, Bayden administrasiyası ilk dəfədir ki, belə bir mövzunu Konqresə müzakirəyə çıxarır

"Biz narahatıq ki, Rusiya silahını inkişaf etdirir və əgər onları bunu etməməyə razı sala bilməsək, o, sonda kosmosa hərbi, mülki və kommersiya peykləri arasında seçim etməyəcək silahları göndərəcəcək”, - o deyib.

O, təhlükənin "qaçılmaz olduğunu" söyləyib, lakin Pentaqon və "bütün" Bayden administrasiyası proqramdan narahatdır. Eyni zamanda, Rusiya silahlarının potensial təsirini qiymətləndirən Plamb bildirib ki, Rusiya Federasiyası orada nüvə partlayışı həyata keçirsə, aşağı Yer orbiti - peyklər üçün ən çox yayılmış orbit yararsız hala düşəcək. Söhbət bir ilə qədər olan müddətdən gedir, - deyə o aydınlaşdırıb.

Plambın sözlərinə görə, belə bir silahın dəqiq təsirini təxmin etmək çətindir, çünki bu, nüvə partlayışının həcmindən asılıdır. Amma onun sözlərinə görə, təxmini hesablamalar göstərir ki, kosmosda nüvə partlayışından müdafiəsiz əksər peyklər belə bir partlayış nəticəsində zədələnə və ya dərhal məhv ola bilər.

The Wall Street Journal yazır ki, 2024-cü ilin fevralında ABŞ Konqresinin üzvlərinə Rusiyanın kosmosdakı nüvə fəaliyyəti ilə bağlı məxfi məlumatlar təqdim edilib. Məlumatlarda Rusiya Federasiyasının peykləri məhv etmək üçün kosmosa nüvə silahı buraxmaqla bağlı iddialı planlarından söhbət gedir. Bu barədə nümayəndə Mayk Törner danışıb. O, Rusiyanın ABŞ-ın "milli təhlükəsizliyinə ciddi təhdid” yaratdığını açıq şəkildə bəyan edib və Baydendən cavab verməsini istəyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->