Xəbər lenti

Beş məşhur məşqçi
İdman 15:22 06.05.2024

Beş məşhur məşqçi "Bavariya"nı çalışdırmaqdan imtina etdi

Julen Lopeteqi İngiltərə Premyer Liqasında 9-cu yerdə olan "Vest Hem"ə görə "Bavariya"da işindən imtina edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Suddeutsche Zeitung" yazıb.

Mənbənin sözlərinə görə, Lopeteqi "Bavariya"nın ona olan marağından xəbərdardır, lakin tərəflər konkret danışıqlara başlamayıb. Mütəxəssis "Bavariya"ya rəhbərlik ehtimalını istisna edir. İspan məşqçi "Vest Hem"lə danışıqlar aparır və Premyer Liqa klubuna üstünlük verir.

Lopeteqi 2023-cü ildən işsizdir. Onun son klubu İngiltərə "Vulverhempton"u olub. Bundan əvvəl "Sevilya", "Real Madrid", İspaniya millisi və "Portu"ya da rəhbərlik edib.

İspan ən azı "Bavariya"dan imtina edən beşinci məşqçi olub. Bundan əvvəl Münhendən gələn təklifləri Xabi Alonso, Ralf Rangnik, Julian Nagelsmann və Unai Emeri rədd etmişdi.

Tomas Tuçelin rəhbərliyi altında "Bavariya" bu mövsüm son illərdə ilk dəfə çempion ola bilməyib. Onun mövsümün sonunda yola salınacağı deyilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->