Xəbər lenti

Əfsanə geri qayıdır: Nokia 3210 telefonunun yenilənmiş versiyası ortaya çıxdı
Texnologiya 18:35 06.05.2024

Əfsanə geri qayıdır: Nokia 3210 telefonunun yenilənmiş versiyası ortaya çıxdı

25 ildən sonra Nokia əfsanəvi 3210 modelinin yenilənmiş versiyasını təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə NokiaMob məlumat yayıb.

Portalda qeyd edilir ki, 25 illik gözləmədən sonra "əfsanəvi telefon geri qayıdır”

Ən son versiya daha uzun batareya ömrünə, 4G məlumat sürətinə tam girişə və demək olar ki, hər kəsin 90-cı illərdə oynadığı Snake oyununa sahib olacaq.
Cihazın şəkli həmçinin daha böyük rəngli ekranla birlikdə arxa tərəfdə kameranın olduğunu göstərir. Əvvəllər orijinal modelə sahib olanlar yalnız kiçik və çox sadə 1,5 düymlük arxa işıqlı monoxrom LCD displeyə sahib idilər.

"Nokia 3210-un orijinal dizaynına hörmət olaraq Nokia Icon əsl nostalji səyahət üçün müasir dizaynı retro interfeyslə birləşdirərək sıfırdan yenidən qurulub”, - press-relizdə deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->