İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... (VİDEO)
İşğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı İTV reportaj hazırlayıb.
Bildirilib ki, Hacıyevlər ailəsi əslən Kəlbəcərdəndir. Ailənin gəlini Gülcamal Quliyeva Kəlbəcərin işğalı zamanı əsir düşəndə hamilə olub. Ermənilər onu Xankəndiyə gətiriblər. Oğlu Arzu burada anadan olub. Sağlam doğulan körpəsi iynə vurularaq iflic edilib. O, cəmi 12 il yaşaya bilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər