Xəbər lenti

Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? (VİDEO)
Ölkə 12:23 30.04.2024

Müharibə əsirlərinin Bakıdakı məzarlığı: Buranı tez-tez ziyarət edənlər kimlərdir? (VİDEO)

1941-1945 -ci illər aralığında, İkinci Dünya Müharibəsindən sonra SSRİ ərazisində 1 milyondan artıq alman hərbi əsiri var idi .Onların bir hissəsi Azərbaycan ərazisinə gətirilmişdi. Onlar, əsasən, Bakı, Mingəçevir, Göygöl, Gəncə kimi ərazilərdə xüsusi əsir düşərgələrində yerləşdirilirdilər. 

Əsirlər tikinti işlərinə cəlb olunmuşdu. Hökümət evinin, Heydər Əliyev prospektindəki "Saatlı bina”nın, Ağa Nemətulla küçəsindəki bir çox tikililərin inşasında alman əsirlərin əməyindən istifadə olunub. Ağır işlərdə həyatını itirənlər üçün Keşlə qəsəbəsi ətrtafında xüsusi məzalıq salınmışdı. Hazırda həmin qəbiristanlıq Yasamal rayonu ərazisinə köçürülüb.

ARB-nin "Diqqət efir” verilişi alman əsirlərinin Bakıdakı izləri barədə maraqlı reportaj hazırlayıb.

Daha ətraflı video məlumatı təqdim edirik:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->