Xəbər lenti

Azərbaycan finala niyə çıxa bilmədi? -
Sənət 11:53 08.05.2024

Azərbaycan finala niyə çıxa bilmədi? - "Avropa heç zaman dinc dayanmır"

"Eurovision-2024" müsabiqəsi siyasi xarakter daşıyır. Avropa heç zaman dinc dayanmır, orada həmişə Azərbaycanla bağlı uydurma təbliğat aparılır". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mübariz Tağıyev Azərbaycanın "Eurovision-2024" müsabiqəsində finala çıxa bilməməsinə aydınlıq gətirərkən deyib. 

Müğənni iştirakçıların ifalarını bəyəndiyini vurğulayıb:

"Həmişə qələbə olmur. Müsabiqədə uduzmaq da olar, burada böyük problem yoxdur. İfaçıların mahnıları əla idi, nə musiqisi, nə sözləri, nə də perfomansları zəif deyildi. Bu müsabiqənin əvvəlinə baxsaq görərik ki, böyük ölkələrin əksəriyyəti zamanla finala keçə bilməyib".


Qeyd edək ki, mayın 7-də İsveçin Malmö şəhərində "Eurovision-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Gecədə 15 ölkənin təmsilçisinin mahnıları səsləndirib. Yarışmada  "Özünlə apar" mahnısını ifa edən Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov finala çıxa bilməyib. 

Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub. İkinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->