Xəbər lenti

Fransa Ukraynaya qoşun yeridə bilərmi? (ŞƏRH)
Dünya 18:57 06.05.2024

Fransa Ukraynaya qoşun yeridə bilərmi? (ŞƏRH)

"Fransanın Ukraynaya qoşun göndərməsi baş versə, bu, müharibənin miqyasının dəyişməsi anlamına gələcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev deyib.

Arif Əliyev bildirib ki, Fransanın Ukraynaya qoşun göndərməsi haqqında məlumat rəsmi təsdiqini tapmayana qədər fikir irəli sürmək düzgün olmaz:

"Çünki həqiqətən belə bir hadisə baş versə, bu cavab addımlarına səbəb olacaq. Fransa və bəzi digər Avropa ölkələrinin nümayəndələri məsləhətçi qismində artıq çoxdan müharibə zonasındadır. Bununla bağlı Rusiya tərəfinin reaksiyası da bəllidir". 
 


Ekspert vurğulayıb ki, ABŞ-ın hərbi qüvvələrini Ukraynaya çıxara biləcəyini düşünmür:

"Ancaq ictimai rəyə təsir etmək üçün ABŞ konqresinin özündə də Ukraynaya qoşun göndərməyin vacibliyi arqumentindən tez-tez istifadə olunur. İndiki halda da Qərbdə belə fikir ifadə olunur ki, Ukraynaya pul verməsək, sonra daha ciddi problemlər yaşana bilər. Bütün hallarda Fransanın Ukraynaya qoşun göndərməsi baş verərsə, bu artıq o demək olacaq ki, NATO müharibəyə qoşulur. Müharibənin xarakteri çoxdan mahiyyət etibarı ilə dəyişib. Fransanın prosesə qoşulması ilə isə onun xarakteri formaca da dəyişəcək. Belə bir hadisə rəsmi şəkildə baş versə, bu müharibənin tamam başqa mərhələyə qalxması demək olacaq". 

Qeyd edək ki, mətbuatın yazdığına görə, Paris Ukraynaya 3-cü Piyada Alayının əsgərlərini göndərib. Onlar 54-cü Mexanikləşdirilmiş Briqadanın şəxsi heyətinə dəstək məqsədilə yola salınıb. İlkin mərhələdə göndərilən əsgərlərin sayı 100 nəfər olsa da, sayın 1500 nəfərədək artırılacağı bildirilir. Onların əsasən Donbass cəbhəsinin müdafiəsində iştirak edəcəyi açıqlanıb. 

Bu gün, yəni mayın 6-da isə ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Hakim Ceffris bildirib ki, Rusiya-Ukrayna münaqişəsinə müdaxilə tələb oluna bilər və bu fonda ABŞ qoşunlarının Ukraynaya göndərilməsi istisna edilmir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->