Xəbər lenti

Fransada antisemitizm cinayətlərinin sayı 300% artıb
Dünya 23:05 07.05.2024

Fransada antisemitizm cinayətlərinin sayı 300% artıb

Fransada 2024-cü ilin birinci rübündə bildirilən antisemitizm aktlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 300% artıb.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, bu barədə Fransa rəsmiləri bildiriblər.

Baş nazir Qabriel Attal qeyd edib ki, fransız yəhudiləri Fransa əhalisinin təxminən 1/100-ni təşkil edir, lakin dinlərə qarşı hərəkətlərin 60%-dən çoxu antisemitizmdir. Attalın sözlərinə görə, bu ilin birinci rübündə antisemitizm motivli 366 cinayət qeydə alınıb.

Qeyd edək ki, antisemitizm millətçilik, irqçilik ideologiyasının bir növüdür, digər millətçilik formalarından fərqi onun yalnız bir xalqa - yəhudi millətinə və ya mədəniyyətinə, iudaizm dininə qarşı nifrət bəsləməsi və onları təqib edilməsidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->