Xəbər lenti

Həbsdəki iş adamından modelə qarşı yeni iddia - Hansı müqavilənin ləğvini istəyir?
Ölkə 18:46 08.05.2024

Həbsdəki iş adamından modelə qarşı yeni iddia - Hansı müqavilənin ləğvini istəyir?

İş adamı Ziya Hüseynzadə model Razi Əliyevaya qarşı mülki iddia qaldırıb. 

Qaynarinfo xəbər verir ki, iş adamı iddia tələbi müqavilənin etibarsız hesab edilməsi ilə bağlıdır.

Məsələnin təfərrüatları bəlli olmasa da, iddialara görə, Ziya Hüseynzadənin etibarsız hesab edilməsini istədiyi müqavilə əmlakla bağlıdır. 

Lakin birinci instansiya məhkəməsi iş adamının iddiasını təmin etməyib. O, apellyasiya mərhələsində də uduzub. İş adamı Ali Məhkəməyə kassasiya şikayəti verib. Aqil Abbasov iş üzrə hakim təyin edilib. 

Bir müddət əvvəl Razi Əliyeva Ziya Hüseynzadə tərəfindən fiziki zorakılığa məruz qaldığını açıqlayıb. O, eyni zamanda bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılıb, Ziya Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən həbs edilib.

Daha sonra məlum olub ki, Ziya Hüseynzadəyə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə), 177.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə də ittiham irəli sürülüb. 

Bundan başqa, iş adamı barəsində 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı), 320.1 və 320.2-ci (rəsmi sənədi saxtalaşdırmaqla bilə-bilə istifadə etmə) maddələri ilə də cinayət işi başlanıb. 

Hər iki cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cimayətlər Məhkəməsində aparılır. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->