Xəbər lenti

Küləkli hava nə vaxtadək davam edəcək?
Ölkə 09:15 01.05.2024

Küləkli hava nə vaxtadək davam edəcək?

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyinin sürəti 20 m/ s, Culfa, Naftalanda 18 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 mertdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraitinin mayın 1-i gündüz tədricən mülayimləşəcəyi, gecəyə doğru yenidən güclənəcəyi və mayın 3-ü gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->