Xəbər lenti

Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu
Ölkə 18:16 08.05.2024

Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasından oğurluq edən şəxsə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 1985-ci il təvəllüdlü Samir Həsənova (soyad şərti) 5  il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edib. 

Məlum olub ki, Samir Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının birinci mərtəbəsinin pəncərəsinin açıq olmasından istifadə edərək ora girib və dəyəri 2425 manat olan "NeoTerm" markalı istifadə edilməmiş "Kombi" aparatını, dəyəri 1600 manat olan "Acer" markalı noutbuku oğurlayıb. 

Onun digər yerlərdən də oğurluq etməsi məlum olub. 

14 sentyabr 2023-cü il tarixdə onu üzərində şəxsi axtarış aparılan zaman cibindən şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,245 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Samir elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, əvvəllər hərdən ustalıq edərək dolanıb, lakin anası xəstə olduğu üçün müalicəsinə xeyli miqdarda pullar tələb olunub. Bu səbəbdən oğurluq edib. 

Qeyd edək ki, Samirin oğurladığı "Acer" markalı noutbuk Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəis müavinin olub. O, həmin noutbuku məmurun kabinetindən götürüb.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->