Xəbər lenti

İdman 10:53 06.05.2024

"Neftçi" antirekordunu, "Sumqayıt" rekordunu təkrarladı

"Neftçi" antirekordunu təkrarlayıb.

Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə səfər oyunlarında 23 qol buraxıb.

Bu rəqəm XXXIII turun "Qarabağ”la matçından sonra yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antirekordunu təkrarlayıb.

Qeyd edək ki, "Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə səfərdə ən çox qolu 2013/2014 mövsümündə buraxıb. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

"Sumqayıt” isə Azərbaycan Premyer Liqasında öz rekordunu təkrarlayıb. "Gənclik şəhəri” təmsilçisi 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub.

2015/2016 mövsümündə də sumqayıtlılar 12 "sülh"ə imza atıb. Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. "Neftçi” 2009/2010, "Bakı” 2012/2013, "Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, "Sumqayıt” XXXIII turun "Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->