Xəbər lenti

Nobel mükafatının məbləği 1 milyon kron artırıldı
Dünya 16:41 15.09.2023

Nobel mükafatının məbləği 1 milyon kron artırıldı

Nobel Fondu ötən illə müqayisədə Nobel mükafatının məbləğini 1 milyon krona qədər artırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə fondun saytında məlumat verilir.

"Nobel Fondu 2023-cü il Nobel mükafatının məbləğinin hər kateqoriya üzrə 11 milyon kron (təxminən 984 min dollar – RT ) olacağına qərar verib”, - məlumatda bildirilir.

Bundan əvvəl Nobel Fondu Rusiya, Belarus və İran səfirlərinin mükafatlandırma mərasiminə dəvətini geri götürüb.

Alpər


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->