Xəbər lenti

Polşa Ukraynada minlərlə
Dünya 19:08 07.05.2024

Polşa Ukraynada minlərlə "Starlink" terminalı üçün pul ödəməyə davam edəcək

Polşa Varşavanın Ukraynaya köçürdüyü 20 mindən çox "Starlink" terminalının istismarı üçün pul ödəməyə davam edəcək. 

Qaynarinfo xəbər verir ki, Ukraynanın baş nazirinin müavini - rəqəmsal transformasiya naziri Mixail Fedorov Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski ilə görüşdən sonra "Telegram"da belə deyib.

"Polşa rəqəmsallaşma yolunda bizim ardıcıl tərəfdaşımızdır. Ölkə kritik infrastrukturun bir hissəsinə çevrilmiş 20 mindən çox "Starlink" terminalı təqdim edib. Onlar ukraynalıları rabitə və internetlə təmin edir... Razılığa görə, Polşa bu terminallar üçün aylıq ödənişləri davam etdirəcək”, - deyə nazir bildirib.

Həmçinin, onun sözlərinə görə, rəqəmsallaşma, İT sənayesinin inkişafı, süni intellekt və elektron hökumət üzrə birgə layihələrin gələcəkdə həyata keçirilməsi məqsədilə tərəflər nazirliklər arasında əməkdaşlıq memorandumu imzalayıblar. Bundan əlavə, biz mühüm məlumatların təhlükəsizliyi üçün Polşa ərazisində tikilmiş Ukrayna Dövlət Vergi Xidməti üçün məlumat mərkəzinə dəstəyi müzakirə etdik.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->