Xəbər lenti

Qurum bizə veriləndən sonra daha çox gəlir gətirə bilər - Tahir Tahiroviç
Sənət 16:56 02.05.2024

Qurum bizə veriləndən sonra daha çox gəlir gətirə bilər - Tahir Tahiroviç

"Mən rejissor kimi bu təklifi dəstəkləyirəm. Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyəti sübut edir ki, biz bu qurumu işlədə bilərik. Qurum bizə veriləndən sonra daha çox effektli ola və gəlir gətirə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında kinorejissor Tahir Tahiroviç "Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) tabeliyinə verilməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Rejissor işin aktivləşməsi və daha optimal getməsi üçün bu təklifin yaxşı bir addım ola biləcəyini vurğulayıb:

"Dövlət Nizami Kino Mərkəzini təmir edib. Təsərrüfat hesablı təşkliat olsa belə, qurum öz-özünü normal dolandıra bilmir. Bunun da səbəbləri administrativ işlərin zəif olmasıdır. Belə olanda da mərkəzdə iş getməyəcək”.

Tahir Tahiroviçin sözlərinə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının son 5 ildəki fəaliyyəti Nizami Kino Mərkəzinin işini apara biləcəyini sübut edib.

Qeyd edək ki, bir neçə gün öncə Qaynarinfo-da "Azərbaycanfilm" kinostudiyası və Nizami Kino Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) verilə biləcəyi ilə bağlı məlumat vermişdik. Məlumatda bildirilirdi ki, Nizami Kino Mərkəzi Kinematoqrafçılar İttifaqının İdarə Heyəti tərəfindən daha yaxşı idarə oluna bilər.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->