Xəbər lenti

Video 11:40 08.05.2024

"Real Madrid"i dəstəkləyəcəksən? - Mbappe təxribatçı suala epik cavab verdi (VİDEO)

PSJ-nin ulduzu Kilian Mbappe Çempionlar Liqasının yarımfinalında Dortmund "Borussiya"sına məğlubiyyətdən sonra jurnalistin sualını bəyənməyib.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

"Sabah "Real Madrid”i dəstəkləyəcəksənmi?" sualına cavab olaraq Kilian gözlərini yumaraq mətbuata danışdığı zonanı tərk edib.

Xatıaladaq ki, Çempionlar Liqasının ikinci yarımfinalında "Real Madrid” bu gün "Bavariya”nı qəbul edəcək (ilk oyun - 2:2). 

Çox güman ki, Mbappe bu yay Madrid klubunun futbolçusu olacaq.

Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra PSJ-nin forvardı bunun parislilərlə turnirdə qalib olmaq üçün sonuncu şansı olub-olmaması sualına da birbaşa cavab verməkdən yayınıb.

"Bu mövsüm bir daha burada oynamayacağıq. Nəticədən məyus olduq, qələbə qazanmaq istəyirdik. Qələbə qazanmaq üçün bütün inqrediyentləri birləşdirməyə çalışdıq, lakin Çempionlar Liqasında həlledici görüşlərdə təsirli olmaq lazımdır və iki matçda kifayət qədər effektli olmadıq”, deyə Mbappe bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->