Xəbər lenti

Rusiya Nobel mükafatı laureatını xarici agentlər siyahısına saldı
Dünya 10:56 02.09.2023

Rusiya Nobel mükafatı laureatını xarici agentlər siyahısına saldı

Ədliyyə Nazirliyi Nobel mükafatı laureatı, jurnalist Dmitri Muratovu xarici agent kimi tanıyıb.

Qaynarinfo xəbər verir ki, məlumata görə, Muratov xarici agentlərin mesaj və materiallarının yaradılmasında və yayılmasında iştirak edib və Rusiyanın daxili və xarici siyasətinə mənfi münasibət formalaşdırmaq məqsədi daşıyan fikirlərin yayılması üçün xarici platformalardan istifadə edib.

Qeyd edək ki, bu şəxslər də xarici agentlər kimi tanınıblar: komediya ustası Ruslan Belı, yazıçı Oleq Radzinski, Sankt-Peterburq Qanunvericilik Məclisinin keçmiş deputatı Maksim Reznik, Kaluqa vilayətinin Qanunvericilik Məclisinin deputatının köməkçisi Yevgeni Karpov, jurnalist Denis Katairbek, tarixçi Vaçaqayev, jurnalist Oksana Barşina (Kseniya Larina), iqtisadçı Konstantin Sonin. 
Xarici agentlərin siyahısını əvvəllər Rusiya Federasiyasında arzuolunmaz kimi tanınan "Yeni Tuva” (New Tuva) təşkilatı da əlavə edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->