Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiya və Belarus idmançılarının 2024-cü il Paris Olimpiadasında iştirak etmək imkanlarına münasibətini bildirib.
Qaynarinfo-nun məlumatına görə nazir Olimpiya Komitəsinin bu iki ölkənin idmançıları ilə bağlı bəyanatı haqda mətbuata açıqlama verib. Lipavski Rusiya və Belarus idmançılarının dünya idman arenasına qayıtma ehtimalına heç bir məna verə bilmədiyini ifadə edərək, rusiyalı idmançıların Rusiya tərəfindən yetişdirildiyini xatırladıb. O, olimpiya xəyalları puç olan onlarla ukraynalı idmançının müharibədə həyatını itirdiyinidə bildirib.
Beynəlxalq Olimpiya Komitəsi tərəfindən verilən son açıqlamada, əvvəllər iştirakı qadağan olunmuş idmançıların müəyyən şərtlərlə yenidən oyunlara qatıla biləcəyi bildirilib. İngiltərə və Polşa da daxil olmaqla bir çox ölkə isə bu qərara qarşı çıxıb.
Səbuhi Həsənov
Şərhlər