Xəbər lenti

“Taxt oyunları” serialının ulduzu xərçəng xəstəliyindən öldü
Dünya 14:14 08.05.2024

“Taxt oyunları” serialının ulduzu xərçəng xəstəliyindən öldü

"Taxt oyunları” serialında Kevan Lannister obrazını canlandıran britaniyalı aktyor Yan Gelder 74 yaşında xərçəng xəstəliyindən vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fox News yazır.

Sənətçiyə 2023-cü ilin dekabrında öd axarının xərçəngi diaqnozu qoyulub və mayın 7-də Gelder 75 yaşında dünyasını dəyişib. Aktyorun əri Ben Daniels xəstə həyat yoldaşına qulluq etmək üçün işini tərk etdiyini etiraf etsə də, ölümün bu qədər tez gələcəyini gözləmirmiş. Onlar 30 ildən çox bir yerdə yaşayıblar.

"Birlikdə olmasaydıq, hər gün bir-birimizlə danışardıq. O, ən mehriban, səxavətli, ruhani və sevgi dolu insan idi. O, gözəl aktyor idi və onunla işləyən hər kəs onun qəlbindən və işığından pay alırdı”, - Daniels bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->