Xəbər lenti

Türkiyənin nüfuzlu qəzetində Azərbaycan səhiyyəsinin uğurundan bəhs olundu (FOTO)
Ölkə 19:38 21.04.2024

Türkiyənin nüfuzlu qəzetində Azərbaycan səhiyyəsinin uğurundan bəhs olundu (FOTO)

Türkiyənin ən nüfuzlu mətbuat orqanlarından "Sabah" qəzeti Azərbaycanın səhiyyə sektoru ilə əlaqədar məqalə hazırlayıb.

Məqalədə TƏBİB-in nəzdində fəaliyyət göstərən Yeni Klinika Azərbaycanda və hətta regionda tibb müəssisələri arasında ilk dəfə olaraq xəstəxana məlumat idarəetmə sisteminə görə ABŞ Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) nüfuzlu beynəlxalq akkreditasiya sertifikatını almasından bəhs edilib.

Sertifikat informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətlərinin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini davamlı olaraq artırmaq məqsədi ilə verilir.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->