Foto 12:30 18.01.2018

2 ölkədə istefa dalğası (FOTOLAR)

Çexiyanın baş naziri Andrey Babiş və Sudanın xarici işlər naziri İbrahim Qandur istefa verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Narazı Xalq Hərəkatının sədri və baş nazir Andrey Babiş qurduğu hökümətin məclisin dəstəyini qazanmadığını bildirərək istefa verib. O, istefasını prezident Miloş Zemana təqdim etmək üçün görüş tələb edib. Digər tərəfdən prezidentin parlamentdən Babişə 2-ci dəfə şans verməyi tələb etməsi gözlənilir. 

Qeyd edək ki, Andrey Babiş Çexiyanın Donald Trampı hesab olunur. Çexiya milli məclisində dünən keçirilən səsvermədə qurulması planlaşdırılan hökümət 78 "Hə" və 117 "Yox" səsi alıb.

Sudanın xarici işlər naziri Qandurun istefası isə prezident Ömər Əl Bəşir tərəfindən qəbul edilib. İbrahim Qandur bu günə qədər səfir, nazir kimi vəzifələri icra edib.

Gülşən