Xəbər lenti

ABŞ-da Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləndi
Dünya 13:55 01.05.2024

ABŞ-da Rusiyadan uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləndi

ABŞ Senatı Rusiya mənşəli az zənginləşdirilmiş uranın idxalını qadağan edən qanun layihəsini təsdiqləyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qanun layihəsi indi prezident Co Bayden tərəfindən imzalanmalıdır. Məhdudiyyət qanunun qüvvəyə minməsindən 90 gün sonra qüvvəyə minəcək.

Qadağa Rusiyada istehsal olunan az zənginləşdirilmiş urana aiddir. Bu, Rusiyada qeydiyyatdan keçmiş müəssisələrdə istehsal olunan urana da aiddir. Məhdudiyyət 2040-cı ilə qədər qüvvədə qalacaq. Bununla belə, müvəqqəti istisnalar da mümkündür. Sənədə əsasən, 2028-ci ilin yanvar ayına kimi ABŞ Energetika Nazirliyi dövlət katibi və maliyyə naziri ilə razılaşaraq, başqa tədarük mənbələri olmadığı təqdirdə Rusiya uranının idxalına icazə verə biləcək.

Nəşr qeyd edir ki, Rusiya ABŞ-a zənginləşdirilmiş uranın təqribən 20%-ni verir. Bu da ABŞ atom elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunur ki, onu xarici təchizatçılar arasında lider edir. Bu satışlar Moskvaya ildə təxminən 1 milyard dollar gəlir gətirir. Bununla belə, Rusiyadan olan tədarükləri əvəzlənməsi yanacaq xərclərini təxminən 20% (bir funt üçün 200 dollardan çox) artıra bilər.

Yanvarda ABŞ-ın nüvə enerjisi agentliyinin rəhbəri Ketrin Haff bildirib ki, Birləşmiş Ştatlar Rusiya tədarükündən asılılıqdan qurtulmağa çalışır. Bunun üçün onlar atom elektrik stansiyalarının yanacağı üçün istifadə olunan az zənginləşdirilmiş uranın hasil edilməsi imkanlarını axtaracaqlar. Onun sözlərinə görə, ABŞ Yaponiya, Böyük Britaniya, Fransa və Kanada ilə birlikdə beynəlxalq təchizat zənciri yaratmaq niyyətindədir. Aprel ayında Bayden ABŞ-ın ilk 90 kiloqram zənginləşdirilmiş uranı təkbaşına istehsal etdiyini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->