Xəbər lenti

ABŞ kəşfiyyatı Rusiya və Çindən gələn təhdidlər barədə biznesləri xəbərdar edəcək
Dünya 17:47 01.05.2024

ABŞ kəşfiyyatı Rusiya və Çindən gələn təhdidlər barədə biznesləri xəbərdar edəcək

ABŞ xüsusi xidmət orqanları Rusiya və Çindən mümkün təhlükələr barədə məlumatları özəl şirkətlərə ötürəcək. Söhbət ABŞ-ın kritik infrastrukturuna xidmət göstərən şirkətlərdən gedir.

Bu barədə Qaynarinfo "The Hill”ə istinadən xəbər verir.

ABŞ prezidenti Co Bayden kəşfiyyatdan Rusiya Federasiyası və ya Çindən gələn təhdidlərə dair məlumatları özəl sektorla paylaşmağı tələb edən göstəriş verib.
 
Direktiv Kritik infrastrukturun dayanıqlılığı və təminatı üzrə yeni Milli təhlükəsizlik memorandumunun tərkib hissəsidir. Ağ Ev bunu çərşənbə axşamı, aprelin 30-da açıqlayıb.

Sənəd özəl və beynəlxalq tərəfdaşlar arasında "mümkün olan ən aşağı təsnifat səviyyəsində” kəşfiyyat məlumatlarının mübadiləsinin artırılmasını tələb edir.
ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə müşavirinin müavini Keytlin Durkoviç izah edib ki, bu qərar xüsusilə aktualdır, çünki hakerlər ABŞ-ın su təchizatına hücum edirlər. O, həmçinin FTB və digər xüsusi xidmət orqanlarının ABŞ-ın digər infrastrukturlarının hədəfə alındığı üçün həyəcan təbili çaldığını söyləyib. 
"The Hill” yazır ki, memorandumu hazırlayarkən ABŞ kəşfiyyatının Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı xəbərdarlıq təcrübəsi nəzərə alınıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->