"Çelsi"də çoxdan gözlənilən qərar verildi. Antoine Konteni baş məşqçi postundan kənarlaşdıran rəşbərlik Mauritsio Sarrini komadanın sükanı arxasına gətirdi.
Qaynarinfo xəbər verir ki, London klubunda bir dəfə Premyer Liqanın və Federasiya Kubokunun qalibi olan italyan mütəxəssis müqaviləsi bitmədən yola salındığından 9 milyon funt-sterlinq təxminat alacaq.
Beləliklə, "Çelsi"nin sahibi Roman Abramoviçin qovduğu baş məşqçilərə ödədiyi təxminatın məbləği 89 milyon funt-sterlinqə çatıb. əhmin mütəxəssislərin siyahısını təqdim edirik:
Joze Mourinyo - 27,5 milyon funt-sterlinq (2 dəfə istefaya göndərilib)
Luiz Felipe Skolari - 12.6 milyon funt-sterlinq
Andre Villaş-Boaş - 12 milyon funt-sterlinq
Roberto di Matteo - 10.7 milyon funt-sterlinq
Antonio Lonte - 9 milyon funt-sterlinq
Klaudio Ranyeri - 6 milyon funt-sterlinq
Karlo Ançelotti - 6 milyon funt-sterlinq
Avram Qrant - 5.5 milyon funt-sterlinq
Şərhlər