Foto 13:54 21.01.2018

ABŞ-ın əllərində "kalaşnikov" tutan PYD-li məzunları (FOTO)

ABŞ rəsmiləri Türkiyənin sərhəddində YPG üzvlərindən ibarət qüvvələrin toplanılmasına dəstək verdikləri ilə bağlı ittihamları rədd etdiyi bir vaxtda, Fransanın "AFP" nəşri təlim yerindən fotolar yayımlayıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində 3 həftəlik təlim keçən 500 nəfərlik bir qrup məzun olub. Sözügedən təlimin ilk məzunları isə 1 gün öncə buraxılıb.

Hərbi formada olan qrup üzvləri ölkənin sərhədlərini kənar hücumlardan qoruyacaqlarına and içiblər. Təlim qrupunun başında dayanan Kani Əhməd burada müxtəlif təbəqələrdən insanların olduğunu bildirib. O, çıxışında əsas vəzifələrinin Türkiyə və Türkiyənin dəstəklədiyi qüvvələrə qarşı mübarizə aparmaq olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, müddət öncə ABŞ-ın xarici işlər naziri Reks Tillerson terroristlərə təlim keçdikləri ilə bağlı Türkiyənin ittihamlarını rədd etmiş, bunun bəzi insanlar tərəfindən yanlış şərh edildiyini bildirmişdi.