Dünya 14:14 19.08.2018

ABŞ Ukraynanı xəyanətdə ittiham etdi

ABŞ-ın "Washington Times" qəzeti Ukraynanın motor istehsalı ilə məşğul olan "Motor Sich" şirkətinin Çinə "JL-10" hərbi təyyarəsi üçün 20 ədəd motor satdığını iddia edib.

Qaynarinfo xəbər verir ki, imzalanan müqavilə 250 ədəd motor tədarükünü nəzərdə tutur. ABŞ Senatının xarici əlaqələr komitəsi üzrə sabiq müfəttişi və Çin üzrə mütəxəssis Vilyam Triplem rəsmi Kiyevin bu addımını ABŞ Donanmasına xəyanət adlandırıb. "International Strategy and Assessment Center" mütəxəssisi Rik Fişer isə Kiyevə təzyiq göstərməyi məsləhət görüb. 

Ötən il raket istehsalı ilə məşğul olan "Yujmaş" şirkətinin Şimali Koreyaya raket texnologiyası satdığı iddia edilmişdi. Şimali Koreya lideri Kim Çen Inın raket motorlarını nəzərdən keçirərkən çəkdirdiyi fotolar analiz edilmiş, texnologiyanın keçmiş Sovet Respublikasında istehsal edildiyi qeyd edilmiş, Çin vasitəsilə Şimali Koreyaya satış edildiyi deyilmişdi.

Qeyd edək ki, ABŞ 2019-cu ilin hərbi büdcəsində Rusiyadan müdafiə məqsədilə Ukraynaya öldürücü silah üçün 250 min dollar məbləğ yardım nəzərdə tutulub. 

Gülşən