Xəbər lenti

AFFA-dan İkinci Liqa komandalarına şad xəbər
İdman 16:08 18.09.2023

AFFA-dan İkinci Liqa komandalarına şad xəbər

AFFA Birinci Liqa ilə bağlı yeni lisenziyalaşdırma qaydaları tətbiq edəcək.

Qaynarinfo-nun məlumatına görə, bu barədə qurumdan açıqlama verilib. Yeni qaydaya əsasən, İkinci Liqada oynayan klublar Birinci Liqa lisenziyası üçün müraciət edə biləcəklər.

Bununla bağlı olaraq, sentyabrın 21-də klubların lisenziya əldə etmək üçün yerinə yetirməli olduğu meyarlar, ümumi lisenziyalaşdırma sistemi və prosesin gedişatı haqqında məlumatlandırıcı görüş keçiriləcək. Əlavə olaraq, görüşdə UEFA, PL və Birinci Liqa lisenziyalaşdırma qaydalarındakı yeniliklər müzakirə ediləcək.

Görüşdə UEFA-nın Lisenziyalaşdırma departamentinin rəhbəri iştirak edəcək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->