Xəbər lenti

Sənət 18:59 23.04.2024

Ağır xəstə olan Selin Dion səhnəyə qayıdır?

Kanadalı müğənni Selin Dion yeni müsahibəsində səhnəyə qayıtmaqla bağlı fikirlərini bölüşüb. 

Qaynarinfo xəbər verir ki, sərt əzələ sindromundan əziyyət çəkən sənətçi bu barədə Fransanın "Vogue" jurnalına danışıb.

56 yaşlı Dion etiraf edib ki, son 4 ildir ki, səhnəyə qayıdıb-qayıtmayacağı sualına cavab verə bilmir:

"Hazırda ayağa qalxıb deyə bilmirəm: bəli, dörd aydan sonra oxuyacağam. Bunu bilmirəm, bədən mənə deyəcək. Ancaq digər tərəfdən, sadəcə gözləmək istəmirəm".

Sənətçi etiraf edib ki, o, əqli cəhətdən çətin anlar yaşayır:

"Çətindir, çox çalışıram, amma sabah daha çətin olacaq. Bir şeyi məndən almaq olmaz, o da iradə, bu ehtiras, arzu, əzmdir".

2022-ci ilin dekabrında Selin Diona sərt əzələ sindromu adlı nevroloji xəstəlik diaqnozu qoyulub. Bu, nəzarətsiz, ağrılı əzələ spazmlarına səbəb olan mərkəzi sinir sisteminə təsir edən nadir otoimmün hərəkət pozğunluğudur. 2023-cü ilin dekabrında Selin Dionun bədəninə nəzarəti itirdiyinə dair məlumatlar ortaya çıxıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->