Xəbər lenti

Kemeron Ukrayna və Britaniya arasında 100 illik tərəfdaşlıq danışıqlarına başladı
Dünya 17:36 03.05.2024

Kemeron Ukrayna və Britaniya arasında 100 illik tərəfdaşlıq danışıqlarına başladı

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Kiyevə səfəri zamanı Ukrayna ilə 100 illik tərəfdaşlıq haqqında danışıqlara başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, bu yeni saziş Britaniya və Ukrayna arasında ticarət, təhlükəsizlik və müdafiədən tutmuş elm və texnologiyaya, təhsilə, mədəniyyətə və s. kimi bütün münasibətlər spektri üzrə güclü əlaqələr qurmalıdır.

Bundan əlavə, Kemeron Ukraynaya enerji infrastrukturu üçün 36 milyon dollardan çox yardım göstərildiyini də təsdiqləyib.

Xatırladaq ki, Kemeron mayın 2-də Kiyevə gəlib və burada Zelenski və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. O, Böyük Britaniyanın Ukraynaya daha çox silah tədarük edəcəyini açıqlayıb, "şərtsiz dəstəyini” bir daha təsdiqləyib və ÜDM-in 2,5%-ni müdafiəyə sərf edəcəyinə söz verib.

Kemeron bildirib ki, onun hökuməti Ukraynanı dəqiq bombalar, hava hücumundan müdafiə raketləri və 100 mobil hava hücumundan müdafiə komandası üçün avadanlıqla təmin edəcək.

Bundan əlavə, o, Ukraynaya hər il üç milyard funt-sterlinq (3,74 milyard dollar) hərbi yardım göstərəcəyini vəd edib və Ukraynaya Rusiyaya zərbə endirmək üçün Britaniya silahlarından istifadə etməyə icazə verib.

Mayın 3-də Kemeron Lvova gəlib və orada ağac əkib.

Bundan əvvəl, 2024-cü ilin əvvəlində Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkəsinin Ukrayna ilə 100 il və ya daha çox müddətə nəzərdə tutulmuş yeni tərəfdaşlıq quracağını vurğulayıb.

Yanvarın 12-də Ukrayna prezidenti Volodimir Zelenski və Rişi Sunak Kiyevdə ölkələr arasında 10 il müddətinə təhlükəsizlik sazişi imzalayıblar.

Nİzami Bağırov


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->