Xəbər lenti

Kompromis tapmaq mümkün deyil: Türkiyə - İsrail münasibətləri dalanda
Dünya 19:10 03.05.2024

Kompromis tapmaq mümkün deyil: Türkiyə - İsrail münasibətləri dalanda

Türkiyənin İsraillə ticarətini dayandırması Qəzza zolağında daimi atəşkəs əldə olunana qədər davam edəcək.

Qaynarinfo "İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömər Polat bildirib və qeyd edib ki, Türkiyənin digər tələbi humanitar yardımın Qəzza zolağına maneəsiz və fasiləsiz daxil olmasını təmin etməkdir.

"İsrailin barışmaz mövqeyi və Qəzza zolağında pisləşən vəziyyət Türkiyəni ticarəti dayandırmağa vadar edib... Türkiyə Qəzzada daimi atəşkəs əldə olunmayana qədər İsraillə ticarəti bərpa etməyəcək”, - deyə nazir bildirib.

Bundan əvvəl İsrailin xarici işlər naziri İsrael Kats Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ankaranın Türkiyə limanlarında İsrailin idxal və ixracını bloklamaq qərarından sonra ticarət razılaşmalarını pozmaqda ittiham edib.

Kats bildirib ki, ölkəsi Türkiyə ilə ticarət üçün alternativlər axtaracaq.

Xatırladaq ki, 2024-cü ilin aprelində Türkiyə İsrail üçün ixrac məhdudiyyətləri tətbiq etdiyini elan edib, xüsusən də məhdudiyyətlər altına sement, polad, alüminium, dəmir tikinti materialları və avadanlıqlar da daxil olmaqla 54 mal kateqoriyası düşüb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->