Maqazin 09:38 19.04.2018

Amaliya Pənahova görünüşü ilə hamını heyrətləndirdi (FOTO)

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova "Parni iz Baku” KVN Teatrının konsertinə qatılıb.

Qaynarinfo yenicag.az-a istinadən xəbər verir ki, aktrisa fərqli görünüşü ilə görənləri təəccübləndirib. Saçlarını qızılı rəngə boyadan, xeyli çəki atan xalq artisti yeni imici barədə sualımızı cavablandırmaqdan imtina edib:

"Mənə görünüşümlə bağlı sual verməyin, xoşlamıram”.

Qeyd edək ki, illərə meydan oxuyan 77 yaşlı aktrisa imicini tez-tez dəyişməkdə həmkarlarını kölgədə qoyub. Amma nədənsə, xalq artistinin fərqlənmək istəyi insanlar tərəfindən birmənalı qarşılanmır. Bəziləri onun yeni görkəmini qəbul etmir.