Xəbər lenti

Arda Turan bu komandanın baş məşqçisi oldu
İdman 14:17 14.04.2023

Arda Turan bu komandanın baş məşqçisi oldu

Türkiyə millisinin və "Qalatasaray"ın əfsanəsi Arda Turanın məşqçilik karyerası başlayır.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu "Eyüpspor"u çalışdıracaq. Ardanın bazar günü "Eyüpspor"un "Göztəpə" ilə oyununda komandaya rəhbərlik edəcəyi bildirilir.

Türkiyənin 1-ci Liqasında çıxış edən "Eyüpspor" bir müddət əvvəl baş məşqçisi Zəfər Turanla yollarını ayırıb. Klubun vitse-prezidenti Fatih Kulaksız mətbuata açıqlamasında Ardanın baş məşqçi olduğunu təsdiqləyib.
 
Futbolçu karyerasını ötən il başa vuran Arda Türkiyədə "Manisaspor”, "Qalatasaray", "Başakşəhər”, İspaniyada isə "Atletiko” (Madrid) və "Barselona”nın formasını geyinib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->