Xəbər lenti

İdman 21:01 20.11.2017

Arda Turan üsyan etdi, "Barselona" qərarını açıqladı

Bu mövsüm heç bir rəsmi oyunda meydana çıxmayan Arda Turan "Barselona"dakı gələcəyi ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, türk futbolçu Kataloniya klubunu tərk etmək qərarına gəlib.

Arda bu gün səhər saatlarında klubun baş direktoru Pep Sequra ilə görüşüb və oynadılmaması ilə bağlı etirazını bildirib. Futbolçunun klubun rəsmisinə "Artıq qərar verməyin zamanı gəlib. Komandadan getməyimə kömək edin. "Barselona" dünyanın ən böyük klubudu. Bu fikrim əsla dəyişməyəcək. Burda oynamaq mənim arzum idi və bunu bacardım. "Barselona"da oynamaq istəirəm" deyəndə Türkiyədə bəziləri mənə gülürdü. Amma dünyanın ən böyük klubunda forma geyinməyi bacardım. Bununla qürur duyuram. Amma artıq gələcəkdə yetərincə forma şansı qazanmayacağımı bilirəm. Mənə gələn təkliflər var. Oynayacağım kluba keçmək istəyirəm. Transfer dönəmində köməyinizə ehtiyacım var" deyib.
 
Pep Sequra isə ona bu münasibətinə görə təşəkkür edib və onun məsələsinin qış transfer dönəmi üçün transfer planlarına daxil ediləcəyini bildirib.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?