Xəbər lenti

Arda Turan vergidən yayınmaqda ittiham olunur
İdman 17:01 27.02.2023

Arda Turan vergidən yayınmaqda ittiham olunur

Kataloniya mətbuatının aparıcı qəzetlərindən olan "Sport” bir müddət "Barselona” və "Atletiko"da çıxış edən Arda Turan haqqında vergi cinayətləri iddiası ilə istintaq başladıldığını yazıb.

Qaynarinfo-nun məlumatına görə, gəlirini düzgün vergiyə cəlb etmədiyi üçün xəzinədarlığa cəmi 828 min avro borcu olduğu iddia edilən Arda Turanın iki fərqli cinayət törətdiyi iddia edilib. İqtisadi Cinayətlərə Qarşı Mübarizə Prokurorluğuna 2021-ci ildə edilən şikayət nəticəsində futbolçu haqqında araşdırma başlanıldığı üzə çıxıb.

Arda Turanın 2015-ci ildə 499 min 740 min, 2016-cı ildə isə 328 min 351 avro vergidən yayındığı bildirilir. İttihamçı tərəf Türkiyə millisinin sabiq futbolçusunu öz öhdəliklərini yerinə yetirməməklə yanaşı, şəxsi gəlir vergisi ilə bağlı hesabat təqdim etmədiyini bildirib. Bu səbəbdən Ardanın məhkəmə qarşısına çıxma ehtimalı var. Ancaq xəbərdə Ardanın məhkəmə ilə razılaşaraq lazımi məbləği ödəyəcəyi təqdirdə cəzadan yayına biləcəyi bildirilib.

Bu mövsümün əvvəlində karyerasını bitirən futbolçu 2011-ci ildə 13 milyon avroya "Qalatasaray"dan "Atletiko Madrid"ə transfer olunub. Madrid təmsilçisində 4 il oynadıqdan sonra 2015-ci ildə 34 milyon avroya "Barselona"ya gedən Arda Turan 2018-ci ildə "Başakşəhər"lə müqavilə imzalayıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->