Xəbər lenti

İdman 12:06 20.10.2019

"AVRO-2020"nin himninin müəllifi məlum oldu

2020-ci ildə futbol üzrə Avropanın çempionatının rəsmi himninin müəllifi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, UEFA holland musiqiçisi Martin Qarriksi himnin müəllifi seçib.

Martin Qarriks 2018-ci ilin qış Olimpiya oyunlarının bağlanışı mərasimini musiqi ilə müşayiət edib. Həmin il o "Formula-1" Yaponiya Qran-prisində də çıxış edib.

"Mən 2020-ci ilin futbol üzrə Avropa çempionatının himnini yazmaq imkanı ilə fəxr edir, sizin hamınızın onu eşidə biləcəyiniz anı səbirsizliklə gözləyirəm", deyə 23 yaşlı Qarriks "Twitter"dəki səhifəsində yazıb.

AVRO-2020-nin rəsmi mahnısı və onu oxuyacaq müğənni yazda təqdim ediləcək. Mahnı yarışın açılış mərasimində - 12 iyun 2020-ci ildə Romada, "Olimpiko" stadionunda ifa olunacaq.

Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə qitənin 12 şəhərində - Londonda, Münhendə, Bakıda, Sankt-Peterburqda, Romada, Buxarestdə, Dublində, Kopenhagendə, Bilbaoda, Qlazqoda, Budapeştdə və Amsterdamda keçiriləcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?