Xəbər lenti

İdman 12:36 27.04.2024

Avropa çempionatında Azərbaycan şahmatçılarının dueli - Sevinən kim oldu?

Qadın şahmatçılar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.

Qaynarinfo xəbər verir ki, bu raund Azərbaycan təmsilçilərinin dueli ilə yadda qalıb. Turnirdə məğlubiyyətsiz irəliləyən Ülviyyə Fətəliyeva Gövhər Beydullayevaya qalib gəlib - 1:0.

Hazırda aktivində 6,5 xalı olan Ü. Fətəliyeva liderdir. Gövhər Beydullayeva isə 5,5 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan şahmatçıları yeddinci turda ümumilikdə 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyətlə yadda qalıblar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->