Avropa İttifaqı Vatikandan ticarət məqsədilə istifadə edilən daşınmaz əmlaklara qoyulan vergi borclarını tələb edir.
Qaynarinfo xəbər verir ki, Aİ məhkəməsi Vatikanın 2012-2016-cı illər ərzində ticarət məqsədilə istifadə edilən otel, klinika, özəl məktəb və s. müəssisələrin fəaliyyətinə görə vergi ödəməsi barədə hökm çıxarıb. Vatikanın bu dövr üçün Aİ-yə ödəməli olduğu məbləğ təxminən 4-5 milyard avrodur. Daşınmaz əmlaklar barədə lazımi informasiya olmadığı üçün 2006-2011-ci illərdə Vatikanın vergi öhdəliyi ləğv edilmişdi. Vatikan İtaliyada daşınmaz əmlakın 20%-inə sahibdir.
İtaliya Bələdiyyələri Milli İttifaqı problemin həlli üçün hökumətin müvafiq qanun layihəsinin qəbulunun zəruriliyindən söz açıb. İtaliyada 2012-ci ildə qüvvəyə minən əmlak vergisi qanununa görə, ticarət məqsədi daşımayan müəssisələr vergidən azad edilib. Vatikana aid mülklərin dini məqsədlə istifadə edildiyi əsas gətirilərək vergi tətbiq edilmir.
Gülşən
Şərhlər