Xəbər lenti

Siyasət 12:46 19.04.2013

AXCP və Müsavatdan “skype” açıqlaması

Razi Nurullayev: “Əli Kərimli kiminlə istəsə, danışa bilər”

Mustafa  Hacıbəyli: “Elşad Abdullayev “skype” vasitəsilə jurnalistlərə müsahibə verir”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin sözcüsü, bloqqer Elnur Məcidli deyib ki, Elşad Abdullayev mütəmadi olaraq skayp vasitəsilə İsa Qəmbər və Əli Kərimli ilə əlaqə saxlayır: “Elşad Abdullayevin intensiv olaraq Müsavat başqanı və AXCP sədriylə skype vasitəsiylə danışdığından da yəqin ki, xəbəriniz yoxdur.  E.Abdullayev hakimiyyətə qarşı müxalifətdən də güclü mübarizə aparır”.

Elnur Məcidlinin dediklərinə Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasından münasibət öyrəndik. AXCP-nin sədr müavini Razi Nurullayev Qaynar.info-ya açıqlamasında deyib ki, bu, Əli Kərimlinin öz fəaliyyətidir: “Öz kompüteridi, kimlə istəsə, danışa bilər. Nə mən, nə də partiya üzvləri Əli Kərimlinin “skype”na daxil oluruq. Ona görə də bundan xəbərsizik. Hətta danışsa belə, burada bir problem görmürəm”.

Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli məsələyə belə münasibət bildirib: “Elşad Abdullayev “skype” vasitəsilə jurnalistlərə müsahibə verir. Amma konkret olaraq, Əli Kərimli və İsa Qəmbərlə danışığı barədə məlumatım yoxdur. Kimsə kimləsə məktublaşırsa, danışırsa buna niyə şərh verməliyik ki?! Burada nə var ki?!”.

İlkin
Qaynar.info


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?