Xəbər lenti

Dünya 15:00 30.04.2024

"Axios": ABŞ İsrailə görə Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar hazırlayır

ABŞ Konqresinin hər iki partiyadan olan üzvləri Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) xəbərdarlıq ediblər ki, əgər o, yüksək vəzifəli İsrail məmurlarının həbsinə order verərsə, Vaşinqtondan cavab tədbirləri görəcək. 

Qaynarinfo "Axios”a istinadən xəbər verir ki, müvafiq qanun artıq hazırlanır.
 
Xarici media BCM-nin İsrailin baş naziri Binyamin Netanyahunun həbsinə order verə biləcəyini yazıb.

Respublikaşılar partiyasının üzvlərindən biri nəşrə bildirib ki, istənilən orderə cavab verəcək qanun layihəsi hazırlanır. Sənədin təfərrüatı açıqlanmır. Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, Nümayəndələr palatasının senator Tom Kottonun ABŞ və müttəfiqlərinə qarşı araşdırmalarda iştirak edən BCM rəsmilərinə sanksiya tətbiq edən qanun layihəsini qəbul edəcəyini gözlədiyini söyləyib. Eyni zamanda, o, "bura qədər çatmayacağına" ümid etdiyini ifadə edib.

Xatırladaq ki, dünən, aprelin 29-da Nümayəndələr palatasının spikeri Mayk Conson BMC-nin iddia edilən həbs orderlərini "rüsvayçı” və "qanunsuz” adlandırıb. O, ABŞ administrasiyasını "dərhal və birmənalı olaraq BCM-nin istefasını tələb etməyə” və "belə iyrəncliyin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə” çağırıb.
 
"Əgər Bayden administrasiyası müqavimət göstərməsə, BCM ABŞ siyasi liderləri, ABŞ diplomatları və ABŞ hərbçilərinin həbsinə orderlər vermək üçün görünməmiş səlahiyyətlər yarada və öz üzərinə götürə bilər”, - Conson bildirib. 

BCM məhkəməyə qarşı mümkün sanksiyalarla bağlı məlumatları hələlik şərh etməyib.

"The New York Times” qəzetinin yazdığına görə, İsrail hakimiyyəti getdikcə daha çox inanır ki, BCM-nin Qəzza zolağında hərbi fəaliyyətlərə görə yüksək vəzifəli İsrail məmurlarının həbsinə orderlər verməyi planlaşdırır. Rəsmilər Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaqda və Fələstin HƏMAS hərəkatının hücumuna çox sərt cavab verməkdə ittiham oluna bilər. Reuters agentliyinin məlumatına görə, BCM prokurorları artıq Qəzza zolağında iki xəstəxananın əməkdaşlarını dindiriblər. ABŞ Ağ Evi iddia edir ki, İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı araşdırma BMC-nin yurisdiksiyasına daxil deyil. Axios yazıb ki, Netanyahu ABŞ prezidenti Co Baydendən BCM-nin həbs qərarı verməsinin qarşısını almasını istəyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->