Xalq artisti Aygün Kazımova ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümümünə həsr olunmuş "Gül bayramı" və Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə keçirilən konsertdə səhnəyə çıxıb.
Axşam.az-ın məlumatına görə, müğənni qısa ətəyi ilə diqqət çəkib. Media nümayəndələrinə açıqlama verən A.Kazımova sevənlərinə sürprizlər hazırladığını vurğulayıb:
"Yeniliklərim və sürprizlərim çoxdur. Danışsam bir gün bəs etməz. Hələ ki, başım "Maşın" şouya qarışacaq. Dostum Murad Dadaşovun dəvəti ilə yarışmada iştirakı qəbul etdim. Qismət kimindirsə, o da qazanacaq".
Qaynar.info
Şərhlər