Ekonomiks 20:09 05.01.2018

Azərbaycanda 9 bank filialı bağlanıb

Azərbaycanda bank filiallarının ümumi sayı 2017-ci il dekabrın 1-nə 547 vahid olub.

Qaynarinfo Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 9 vahid azdır.
İlin əvvəlinə nisbətən isə bank filiallarının sayı 22 vahid azalıb.

Noyabrda bank şöbələrinin sayı isə 142 vahid olaraq qalıb. Bununla belə, 11 aylıq müqayisədə bu rəqəm 11 vahid azdır.