İdman 14:00 21.08.2018

Azərbaycanlı hakim-inspektor Avropa Liqasının pley-off oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb. 

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev Qazaxıstanda "Astana" və Kipr APOEL-i arasında keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda iş başında olacaq. O, avqustun 30-da "Astana Arena"da təşkil olunacaq qarşılaşmada hakim-inspektor funksiyasını yerinə yetirəcək.