Kamerun Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl”un “Etinde” layihəsində iştirakına icazə verib.
Qaynar.info axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Böyük Britaniyanın “Bovleven” şirkəti yayıb. Kompaniya “Lukoyl”un proyektdə 37,5%-lik hissəyə sahib olacağını bildirib.
Qeyd edək ki, “Lukoyl” Britaniya şirkəti ilə danışıqları bu ilin iyun ayından aparır. Artıq “Lukoyl”la olacaq razılaşmanın dəyərinin 250 milyon dollar olacağı deyilib. Layihədə digər pay sahiblərinin isə 37,5%-lə “Nev Age” və 25%-lə “Bovleven” şirkətlərinin olduğu bildirilib.
Qaynar.info
Şərhlər