Foto 12:19 26.09.2018

Bakıda 4 gün davam edən Hindistan toyu (FOTOLAR)

Azərbaycanda Hindistan vətəndaşı olan iki gəncin toyu olub. 

Qaynarinfo axsam.az-a istinadən xəbər verir ki, mərasim "Fairmont Bakı, Flame Towers”da keçirilib. Toyda hind adət-ənələri nümayiş olunub. Mərasimdə Maithili Sagar və Rohit Gupta adlı cütlük ailə qurub. Toy mərasimi 4 gün davam edib. Məclisə dünyanın bir çox yerindən qonaqlar qatılıblar. 

Toydan fotolar sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, sentyabrın əvvəlində bulvar yaxınlığında hind toyu olmuşdu. Bir qrup hindistanlı yolu bağlayıb rəqs edib.